Putin Rusiyanın KTMT-dəki daimi nümayəndəsini işdən çıxardı Dünya

Putin Rusiyanın KTMT-dəki daimi nümayəndəsini işdən çıxardı

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Mikael Aqasandyan vəzifəsindən azad olunub.

Trend xəbər verir ki, müvafiq fərman Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Bildirilib ki, Aqasandyanı Viktor Vasilyev əvəz edəcək.

Qeyd edək ki, Mikael Aqasandyan 2021-ci ilin sentyabrında Rusiyanın KTMT-dəki daimi nümayəndəsi təyin edilmişdi.