“İsrailin hava hücumundan müdafiə sistemi kifayət qədər effektiv mübarizə aparıb” Dünya

“İsrailin hava hücumundan müdafiə sistemi kifayət qədər effektiv mübarizə aparıb”

“İsrailin hava hücumundan müdafiə sisteminin İranın hava hücum vasitələrinə qarşı kifayət qədər effektiv mübarizə aparması faktdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, əsasən ARROW və "Dəmir Gümbəz" komplekslərindən istifadə edilib: “Onlar isə havadan müdafiənin ən çətin vəzifəsi olan "məhdud görmə şəraitində kütləvi hücumun" qarşısını almaqla özlərini ən müsbət cəhətdən göstərə biliblər. Bir neçə saatlıq hava döyüşündə İsrailin sərf etdiyi zenit raketlərinin dəyəri 2 milyard manatdan artıqdir. Bu isə hava hücumundan müdafiə sistemlərinin yaxın gələcəkdə lazer enerjisinə keçidini sürətləndirəcək”.