Şimali İraqda 12 terrorçu zərərsizləşdirilib Dünya

Şimali İraqda 12 terrorçu zərərsizləşdirilib

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 12 PKK terrorçusunun hava əməliyyatı ilə zərərsizləşdirildiyini bildirib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında məlumat yayılıb: “İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 12 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Sonuncu terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək”.