Burkina-Faso üç fransız diplomatı arzuolunmaz şəxs elan etdi Dünya

Burkina-Faso üç fransız diplomatı arzuolunmaz şəxs elan etdi

Burkina-Faso üç fransız diplomatı arzuolunmaz şəxs elan edib.

Trend xəbər verir ki, bu barədə Fransa KİV ölkənin Burkina-Fasodakı səfirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən fransız diplomatların Burkina-Fasoda təxribatçı fəaliyyətlə məşğul olduqları bildirilib və 48 saat ərzində ölkəni tərk etmələri tələb olunub.
KİV-in yazdığına görə, "persona non grata" elan edilən üç diplomatdan ikisi siyasi müşavir olub.