“Rusiyanın planı Avropanı ABŞ təsirindən ayırmaqdır” Dünya

“Rusiyanın planı Avropanı ABŞ təsirindən ayırmaqdır”

“Rusiyanın planı Avropanı ABŞ təsirindən ayırmaq üçün Serbiya amilindən yararlanmağı əhatə edir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Aqşin Kərimov deyib. O, bildirib ki, məqsəd Avropanı öz daxilində bölmək, Moskva üçün etibarlı müttəfiq formalaşdırmaqdır: “Bununla belə, Serbiya Avropa strukturları ilə hüquqi və institusional yaxınlaşmasını gücləndirmək səylərinə də ara vermir.
Bunların fonunda Serbiya ilə Kosovo arasında insidentlərin yüksəlməsi, üstəlik, Bosniya və Herseqovinadakı Serb Respublikasının Belqradın xeyrinə etirazları diqqət çəkməyə bilməz.
Balkan regionunun münaqişənin astanasında olduğu dönəmdə isə Çin geoiqtisadi və diplomatik baxışlarına uyğun olaraq öz təsirlərini artırır”.