İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
23 Aprel 2024 16:43
3 080
Qırğızıstanın Cəlal-Abad və Talas vilayətlərinin bir neçə rayonunda güclü daşqın və sel səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.
Trend xəbər verir ki, bu barədə Qırğızıstan fövqəladə hallar nazirinin müavini Urmatbek Şamırkanov brifinqdə bildirib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi lokal xarakter daşıyır və yalnız daşqınlara məruz qalan ərazilərə aiddir. Təbii fəlakətin vurduğu maddi ziyanın hesablanması mülkü müdafiə qüvvələri tərəfindən həyata keçirilir.
Aprelin 20-dən 22-dək Qırğızıstanın cənubunda azı 30 daşqın hadisəsi qeydə alınıb. Bu gün Cəlal-Abad və Talas vilayətlərində güclü sel nəticəsində 200-dən çox yaşayış binasını su basıb. Bundan əvvəl isə Oş vilayətində fövqəladə vəziyyət rejimi elan olunmuşdu.