Palmira əldən-ələ keçir Dünya

Palmira əldən-ələ keçir

Suriyadan alınan xəbərlərə görə qədim Palmira şəhəri üzərində nəzarət gah hökumət qoşunlarının, gah da özünü İslam Dövləti adlandıran qruplaşmanın əlinə keçir. Suriya fəalları məlumat verirlər ki, İŞİD döyüşçüləri, Rusiya aviasiyasının onları şəhər mərkəzindən geri oturtmasına baxmayaraq Palmiraya nəzarəti ələ alıblar. Onlar bu həftə hücuma başladıqdan sonra ötən şənbə Palmiraya daxil ola biliblər.
Xəbər verilir ki, burada nəzarəti bərpa etmək məqsədilə hökumət Hələbdəki qoşunların bir hissəsini geri çəkir. UNESCO-nun dünya irsi siyahısna daxil olan Palmira 2015-ci ilin mayınadək İŞİD-in nəzarətində olub. Britaniyada mənzillənmiş Suriya müxalifətinin müşahidə qrupu bildirib ki, ağır Rusiya bombardmanından sonra İŞİD döyüşçüləri şəhərin ətrafındakı bağlara tərəf geri çəkiliblər.
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Palmira ətrafında gedən döyüşlərdə 300-dək İŞİD döyüşçüsü məhv edilib. Palmira neft mədənlərinin yaxınlığında yerləşdiyinə görə strateji məntəqə sayılır. Bu arada minlərlə sakin Hələb şəhərini tərk etməkdə davam edir. Qiymçılar Hələbin bir neçə məhəlləsində müqaviməti davam etdirirlər. Hazırda şəhərin 93 faizinə Əsəd qoşunlarının nəzarət etdiyi bildirilir. ABŞ-ın dövlət katibi John Kerry Suriya və Rusiya hökumətləri Hələb əhalisinə qarşı "bir azca mərhəmət" nümayiş etdirməyə çağırıb.