İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
25 Noyabr 2024 20:39
3 507
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə görüş keçirib. Görüş zamanı hərbi əməliyyatların əsas istiqamətləri müzakirə olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Teleqram hesabında məlumat verən Zelenski görüşdə Donetsk vilayətindəki vəziyyətə xüsusi diqqət yetirildiyini bildirib.
O qeyd edib ki, xüsusilə Kuraxovo istiqaməti cəbhənin ən çətin hissəsi olaraq qalır, burada Ukrayna hərbçilərinin mövqelərinin möhkəmləndirilməsi üzrə işlər davam edir. Prezidentin sözlərinə görə, Zaporojye istiqamətində diqqət tələb edən təhlükələr olsa da, Ukrayna Silahlı Qüvvələri vəziyyətə nəzarət edir.
Zelenski bildirib ki, Kursk vilayətinin sərhəd bölgəsində əməliyyat davam edir. Bu əməliyyat zamanı ukraynalı əsgərlər nəinki mövqeləri müdafiə edir, həm də Rusiya hərbçilərinə xeyli itki verirlər.
Zelenski vurğulayıb ki, bu istiqamətdə əsas vəzifə Rusiyanın potensialını mümkün qədər zəiflətməkdir.