Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
25 Noyabr 2024 22:21
2 506
Türkiyənin Aydın vilayətinin Köşk mahalının Ilıdağ rayonunda maraqlı hadisə yaşanıb.
Xalqcebhesi.az Türkiyənin “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, 77 yaşlı Nailə Gökcük infarkt şübhəsi ilə Aydın Adnan Menderes Universiteti (ADÜ) Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Sonra N.Gökcükun dünyasını dəyişdiyi güman edilərək yaxınları tərəfindən dəfn hazırlıqlarına başlanılıb, məzar qazılmağa başlanıb. Lakin o, həkimlər tərəfindən həyata qaytarılıb. Qısa müddət sonra isə yenidən dünyasını dəyişib.
Hadisə ilə bağlı açıqlama verən Ilıdağ məhəlləsi muxtarı Xəlil Tok, "Əvvəlcə infarkt keçirdiyi düşünülən N.Gökcükun xəstəxanaya gətirildikdən sonra vəfat etdiyi zənn edildi və cənazə hazırlıqları başladı. Ancaq müdaxilədən sonra qadının yenidən nəfəs almağa başladığı fərq edildi. Ləğv edilən cənazə hazırlıqlarından sonra yaşanan qarmaşa və üzüntü ilə birlikdə xəstənin bir saat sonra yenidən vəfat etdiyi bildirildi" deyə qeyd edib.
X.Tok, "Kənddə hamı dəfn hazırlıqlarına başladı, amma o zaman həkimlər yaşam əlamətləri olduğunu dedilər. Qəbiristanlıqda qazılan məzar daha sonra boşaldıldı və bütün hazırlıqlar ləğv edildi. Yenidən dünyasını dəyişən N.Gökcükün dəfn mərasimi noyabrın 26-sı (sabah) saat 10:30-da Ilıdağda olacaq” deyə əlavə edib.
xn--xalqcbhsi-k4dc.az
Röya
11 Sentyabr 18:20
896
11 Sentyabr 18:11
868
11 Sentyabr 18:05
854