

6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.
Xalqcebhesi.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Dohada Türkiyə və İran XİN başçıları Hakan Fidan və Abbas Arakçı ilə Suriya mövzusunda keçirdikləri üçtərəfli görüşdən sonra açıqlamasında deyib.
Lavrov bildirib ki, Dohadakı görüşdə Suriyadakı düşmənçiliklərə dərhal son qoyulması barədə razılığa gəliblər.
Rusiya XİN başçısı qeyd edib ki, Moskva Suriya hökuməti ilə müxalifət arasında dialoq görmək istəyir:
“Rusiya, İran və Türkiyə Suriyada hakimiyyət-müxalifət dialoqunu dəstəkləyir. Düşmənçilik fəaliyyətlərinə dərhal son qoymağa çağırdıq. Bu gün İran və Türkiyə ilə güclü bir çağırış etməyə razılaşdıq və bu çağırışın reallaşması üçün bəzi xüsusi addımlar atacağıq”.
Lavrov əlavə edib ki, müxalifətin Suriya ərazisini nəzarət altına almasına icazə verilməsi qəbuledilməzdir.