Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
10 Dekabr 2024 10:50
1 932
Suriya prezidenti Bəşər Əsədin devrilməsi sərt xəttli islamçı hökumətin yaranmasına və ya ölkədə islamçı qrupların artan təsirinə nəzarət edə bilməyən hökumətin yaranmasına səbəb ola bilər.
Bu barədə “Reuters” analitik və diplomatlara istinadən məlumat yayıb.
"Bölgənin daxilində və xaricində Əsədin qəfil süqutu nəticəsində yarana biləcək güc boşluğundan böyük qorxu var”, - deyə agentlik misal kimi Körfəz Araşdırmalar Mərkəzinin direktoru Əbdüləziz əl-Sageri sitat gətirir. O, İraqın və Liviyanın keçmiş liderləri Səddam Hüseyn və Müəmmər Qəddafinin devrilməsindən sonra uzun sürən vətəndaş müharibələrini misal çəkib.
Üsyançı qüvvələrin parçalanması ilə Suriyanı idarə etmək üçün heç bir plan yoxdur və ekstremist islamçı qrupların çiçəklənməsinə imkan verə bilər, yüksək səviyyəli Qərb diplomatı Reuters agentliyinə bildirib.
Cavid