İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
19 Dekabr 2024 16:21
2 289
Rusiya İranın 4 min hərbçisini Suriyadan çıxararaq Tehrana aparıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Putinin sözlərinə görə, hərbçilərin çıxarılması xahişi ilə Rusiyaya İran tərəfi müraciət edib.
“İran hakimiyyətinin xahişi ilə Rusiya 4 min iranlı hərbçini Suriyadan çıxarıb. Hərbçilər Hmeymim bazasından Tehrana aparılıb.
Əgər əvvəl bizim iranlı dostlarımız bölmələrini Suriya ərazinə aparmağımızı xahiş etmişdilərsə, bu dəfə həmin bölmələrin Suriyadan çıxarılmasını xahiş etdilər. Biz İranın 4 min hərbçisini Suriyadakı Hmeymim bazasından Tehrana apardıq”.
Putin onu da əlavə edib ki, iranyönümlü qüvvələrin bir hissəsi Suriyanı döyüşsüz tərk edərək Livan, bir hissəsi isə İraq ərazisinə keçib.
18 Yanvar 17:50
1 057
18 Yanvar 17:49
1 071
18 Yanvar 15:45
1 113