“Martda yarmarkaların sayı artırılacaq”
24 Fevral 22:12
24 Fevral 22:12
24 Fevral 22:11
24 Fevral 19:02
24 Fevral 18:56
Zaxarova: London və Parisin Kiyevə nüvə silahı ilə kömək planları manipulyasiyadır
Elnur Məmmədov Cenevrədə Zəngəzur dəhlizinin regional inkişafa verəcəyi töhfədən danışıb
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
Zəngilanın Ağalı kəndi FAO-nun "Model Kəndlər Şəbəkəsinə" daxil edilib
27 Dekabr 2024 11:52
2 499
Salome Zurabişvilinin iqamətgahdan zorla çıxarılıb cəzaçəkmə müəssisəsinə köçürülməyi çox pis mənzərə olardı.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, bu halda Salome Zurabişvili müdrik davranacaq. Bu, partiya ofisi deyil, Gürcüstan Prezidentinin iqamətgahıdır, ona görə də orada ssenari üzrə oynamaq təkcə Salome Zurabişvilinin deyil, həm də bu ssenariyə qoşulacaq hər hansı bir şəxsin uzun illər həbs cəzası ilə nəticələnən cinayət törətməsi deməkdir. Ona görə də düşünürəm ki, ilk növbədə Salome Zurabişvili nə özünü həbsxanaya salacaq, nə də özü ilə birlikdə 100-150 nəfəri qurban verəcək. Ona görə də belə əsassız ssenarinin baş tutacağını gözləmirəm. Salome Zurabişviliyə və digər aidiyyəti şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur", - Kobaxidze deyib.