Bu il motosiklet və mopedlərin iştirakı ilə qəzalarda 3 nəfər ölüb
Yaşar Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib
Azərbaycan və Litva Baş nazirləri əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
"Cənubi Qafqazın təhlükəsizliyi istiqamətində birgə addımların atılması dövrü başlayır”
24 Yanvar 2025 18:39
2 366
Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BMT-nin bu gün verdiyi bəyanatda bildirilib.
Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.
"BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər", - bəyanatda qeyd olunub.
Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.