Tramp necə impiçment oluna bilər? Dünya

Tramp necə impiçment oluna bilər?

"The İndependent" yazır ki, vaxtilə Donald Trampın prezident seçkisində qalib gələcəyini proqnozlaşdırmış politoloq, indi onun FTB rəhbəri Komeyni işdən çıxarması ilə bağlı impiçment edilməsi üçün kifayət qədər əsas olduğunu söyləyib. 1984-cü ildən bəri bütün ABŞ prezident seçkilərinin nəticələrini əvvəlcədən düz tapmış Allan Lichtman deyib ki, Trampın Komeyni işdən çıxarması Niksonun prezidentliyinə son qoymuş Vatergate qalmaqalından daha ciddi məsələdir.
"O hətta indinin özündə impiçment edilə bilər", - deyib Lichtman Newsweek məcmuəsinə: "O artıq indiyədək ədalətə əngəl yaradıb, pul mükafatları haqqında (xarici hökumətlərin verdiyi hədiyyələr) qanunu pozub. Biz onun indi impiçment olunmasına çağırmırıq. Biz deyirik ki, impiçment təhqiqatına başlanmalıdır".
Yeri gəlmişkən, Lichtmanın "İmpiçment işi" (The Case for Impeachment ) kitabı bu yaxınlarda çapdan çıxıb. Siyasət aliminin fikrincə, Trampın onun barəsində təhqiqat aparan şəxsdən loyallıq tələb etdiyinə dair iddilar isbat olunarsa, o avtomatik olaraq ədalətə əngəl yaratmaqda ittiham ediləcək.
"The İndependent" yazır ki, Komeynin vəzifəsindən kənarlaşdırılmasının ardınca Ağ Ev Trampın hərəkətlərini izah etməkdə çətinlik çəkib. Ağ Ev rəsmiləri prezidenti demokratlardan və başqalarından müdafiə etmək üçün bildiriblər ki, Trump FTB başçısını, onun Rusiya ilə əalqələrini araşdırıdığına görə işdən çıxarıb. Rəsmilərin verdiyi digər şərhlərdə isə deyilirdi ki, Komey Hillari Klintonun email-ləri ilə bağlı təhqiqatı yarıtmaz apardığına görə postunu itirib.
Administrasiya isə bu hadisəni şərh edərkən Komey barədə baş prokuror Ceff Sessions və onun müavini Rod Rosenstein tövsiyələrini əsas gətirib. Amma çox tez bir zamanda aydın olub ki, baş prokuror və müavininə tövsiyələri sonradan, Trampın hərəkətinə haqq qazandırmaq üçün yazdırılıb. Halbuki prezident mediaya müsahibəsində demişdi: "Mən bu qərara gələndə özüm-özümə dedim: bu Rusiya və Tramp məsələsini uydurublar ki, demokratlar seçkidəki məğlubliyyətlərinə haqq qazandırsınlar".
O, Komeyi "lovğa" və "şöhrətpərəst" adlandırıb. Tramp deyib ki, FTB çətin vəziyyətdə idi. Prezident iddia edib ki, guya Komey onu üç ayrı-ayrı halda əmin edib ki, o təhqiqatın obyekti deyil. "Tövsiyələr olmasaydı da, mən onu çıxaracaqdım" - deyib Tramp. Bəzi xəbərlərə görə Tramp Komeydən prezidentə sədaqət andı içməsini tələb edib, halbuki FTB rəhbəri tam müstəqil bir vəzifədir. Ağ Ev bu xəbərləri təkzib edib. Komeyə yaxın mənbələr isə Trampın dediklərini inkar edirlər.
"The İndependent" yazır ki, yalnız iki prezident - Andrev Conson və Bill Klinton Nümayəndələr palatası tərəfindən impiç olunub. Senat heç bir prezidentin impiçmentini qəbul etməyib. Trampın impiçment edilməsi üçün Nümayəndələr palatasındakı respublikaçılar ona qarşı çıxmalıdırlar. Buna alternativ olaraq 2018-ci ilin mövsümarası seçkilərində demokratlar qalib gəlsələr, onlar Trampın impiçmentinə başlaya bilərlər.