

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
London Ukrayna ətrafındakı vəziyyəti anlamalı və orada münaqişəni uzatmağa çalışmamalıdır.
Bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin BBC-yə müsahibəsində bildirib.
"Britaniya hökumətini mümkün qədər tez real vəziyyəti dərk etməyə və Ukraynadakı iztirabları uzatmağa çalışmamağa çağırıram. Britaniya hökumətinin Ukraynaya daha çox silah ötürməkdənsə, bütün baş verənlərdən sonra onu necə bərpa edəcəyi barədə düşünməsi daha vacib olardı”.
O, həmçinin Rusiyanın NATO ölkələri ilə münaqişəyə girmək planının olmadığını vurğulayıb və bəzi Qərb rəsmilərinin bunun Moskvanın məqsədinin olması ilə bağlı bəyanatlarını cəfəngiyyat adlandırıb.
Kelin Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqları “çox nəzakətli və çox diplomatik” adlandırıb. “Pis deyildi, yaxşı idi ki, qarşılıqlı anlaşma əldə olundu”, - deyə səfir bildirib.
Cavid