“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
2 Aprel 2025 22:45
2 373
Trampın Zelenski ilə görüşündən sonra formalaşan Avropa baxışı Qitədə tamamilə böyük qorxulara və təlatümlərə səbəb olub. Hətta iş o yerə çatıb ki, Avropa demokratiyası ABŞ-nin Respublika demokratiyasına qarşı müharibə elan edib
Trampa qəzəb artırdıqca Avropada anti-Amerika əhval-ruhiyyəsi yüksəlir.
Trampın Avropaya cəza tarifləri tətbiq etməsi, əraziləri ələ keçirmək və regionda hərbi dəstəyi çəkməklə hədələməsi, o cümlədən Ukraynadakı müharibəni idarə etməsi avropalı istehlakçıları qıcıqlandırıb, bütün qitə boyunca, ABŞ məhsullarını boykot kampaniyaları güclənib.
YouGov şirkətinin keçirdiyi sorğuya əsasən, hazırda Avropada əhalinin yarısından çoxunun ABŞ-yə müsbət münasibət bəslədiyi heç bir ölkə yoxdur.
Maraqlıdır ki, ABŞ-yə nifrət rəqəmlərdə ortalama 50 faizi keçəsədə, Danimarka və digər Şimali Avropada 70-80 faizə çatıb.
ABŞ-nin fast-food şəbəkələri, istehlak mallarına qarşı əməlli-başlı etirazlar başlayıb.
İsveçin dövlət yayımı SVT üçün Verian tərəfindən aparılan sorğuya görə, isveçlilərin təxminən 70 faizi siyasi etiraz forması olaraq Amerika məhsullarını almaqdan imtina edib və ya bunu etməyi düşünür.
Artıq məhsullara onun Avropa və ABŞ istehsalı olduğunu yazmağa başlayıblar. Artıq Kanadadakı boykotlarla sarsılan ABŞ şirkətlərinin sayı getdikcə daha uzaqlarda, Avropa da da artmağa davam edir.
Avropalılar Trampın qisasını Elon Maskdan almağa başlayıblar. Keçən ay Teslanın Almaniyada satışları 76 faiz azalıb, çünki Musk ölkənin sıx rəqabətli federal seçkilərində iştirak edən seçiciləri qəzəbləndirdi. Avropada Tesla avtomobillərinin satışı yanvarda 45 faiz, fevralda isə 40 faiz azalıb.
Şənbə günü Londondan Berlinə qədər nümayişçilər Tesla əleyhinə qlobal etiraza qatılaraq Muskın demokratiyaya zərbə vurmasına görə onu cəzalandıracaqlarını deyirlər. Norveç ABŞ gəmilərinə yanacaq satmaqdan imtina da edib, və bunu “amerikalılar üçün yanacaq yoxdur”,-şüarı ilə diqqətə çatdırıb.
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri
11 Yanvar 15:09
1 190
11 Yanvar 15:07
1 071
11 Yanvar 12:27
1 344
