20 Yanvar 11:51
20 Yanvar 11:24
14 Aprel 2025 19:39
2 310
Çin ABŞ Pezidenti Donald Trampın tətbiq etdiyi tariflərlə mübarizə aparmaq üçün Avropa, Cənubi Koreya və Yaponiya ilə əməkdaşlıq etməyə çalışır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.
“Pekin diplomatları Trampın tariflərinə məruz qalan digər hökumətlərlə əlaqə saxlayıb, o cümlədən bir neçə ölkəyə əməkdaşlıqda maraqlı olduqlarını bildirən məktublar göndəriblər. ABŞ-ın Avropa, Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri ilə də əlaqələr qurulub. Məktublarda Çinin mövqeyi, çoxmərkəzliliyin və ölkələrin birlikdə dayanmalarının zəruriliyi qeyd edilib. Bundan əlavə, ABŞ-ın siyasəti tənqid edilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bir müddət öncə Çin lideri Si Szinpin Avropa Birliyinin Donald Trampın tariflərinə qarşı çıxmaq üçün Pekinlə qüvvələri birləşdirməli olduğunu demişdi.
20 Yanvar 19:05
1 113
20 Yanvar 18:18
1 183
20 Yanvar 18:00
1 057