Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Ukraynada tədbir keçirilib Mədəniyyət

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Ukraynada tədbir keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Ukraynanın Kiriviy-Riq şəhərində tədbir keçirilib.

Tədbir şəhərin tanınmış Mədəniyyət saraylarından olan Karaçunada baş tutub.Tədbirdə Kiriviy-Riq şəhər meri(əvəzi) Yuriy Vilkul, onun müavini Sergey Sergeyeviç, Şəhər Radasının deputatları, diaspor təşkilatının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Yuriy Vilkul Ukrayina dövləti adından Azərbaycan dövlətinə və Ukraynada yaşayan soydaşlarımıza proseslərdə aktiv iştiraka görə təşəkkür edib. Heç təsadüfi deyil ki müharibə dövründə Azərbaycan dövləti dəfələrlə Ukraynaya humanitar yardımlar edib.

Daha sonra çıxış edənlər hər iki xalq arasında əlaqələrin inkişafından, Ukraynada yaşayan soydaşlarımızın fəaliyyətindən bəhs ediblər.Tədbir daha sonra musiqi proqramıyla davam edib.

Tədbirin sonunda təşkilatçı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Kiriviy-Riq şəhəri üzrə sədri hər kəsə dəvəti qəbul edib, iştiraka görə təşəkkür edib.

Cavid