İsrail Livanda "Hizbullah" hədəflərinə hücum edib Dünya

İsrail Livanda "Hizbullah" hədəflərinə hücum edib

İsrail Müdafiə Ordusu (ÇAXAL) Livanda "Hizbullah"ın xüsusi təyinatlı qüvvələri "Rədvan"ın təlim düşərgəsi, silah anbarları və hərbi obyektlərinə zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki,bu barədə ordu mətbuat xidməti məlumat verib.

"ÇAXAL, "Rədvan" qüvvələri tərəfindən terrorçuların təlimləri və İsrail əsgərlərinə və mülki vətəndaşlarına qarşı hücumların hazırlanması üçün istifadə olunan təlim düşərgəsinə zərbələr endirib. Bu obyektlərdə terrorçulara müxtəlif növ silahların istifadəsi üzrə təlimlər keçirilib", - deyə bəyanatda bildirilir. Bundan əlavə, "silah anbarları", "hərbi qurğular" və "Hizbullah"ın "terror obyektləri"nə də zərbələr endirildiyi əlavə olunub.

İsrail hərbçiləri, bu cür hərbi obyektlərin mövcudluğu və təlimlərin keçirilməsi "İsrail ilə Livan arasında atəşkəs razılaşmalarının pozulması" olduğunu qeyd ediblər. "İsrail Müdafiə Ordusu hər hansı bir təhdidi aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək", - deyə mətbuat xidməti yekunlaşdırıb.

Məryəm Quliyeva