Hindistan və Pakistan atəşkəslə bağlı danışıqlar aparır Gündəm

Hindistan və Pakistan atəşkəslə bağlı danışıqlar aparır

Xəbər 18: Hindistan və Pakistan hərbi rəhbərləri danışıqlar aparır.
Hindistan və Pakistanın hərbi rəhbərləri danışıqlar zamanı atəşkəs razılaşmasını müzakirə edirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə News 18 telekanalı məlumat yayıb.“Hindistan və Pakistanın hərbi rəisləri iki ölkə arasında atəşkəs razılaşması üzrə danışıqlar aparırlar”, - deyə məlumatda bildirilir.
Mayın 6-da Hindistan, Yeni Dehlinin “terrorçu” adlandırdığı Pakistanda infrastruktura qarşı Sindoor əməliyyatına başladı. Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, zərbələr yalnız mülki hədəflərə endirilib. Bundan sonra İslamabad cavab əməliyyatına başlayıb.
Mayın 10-na keçən gecə Pakistan Hindistana qarşı Bunyan-um-Marsus (Güclü Divar) adlı hərbi əməliyyata başlayıb və bunun Yeni Dehlinin hücumlarına cavab olduğunu iddia edib. İslamabadın hədəfləri Hindistanın Cammu və Kəşmir əyalətindəki hava bazaları və Pəncabdakı raket obyektləri olub. Bu, iki nüvə dövləti arasında onilliklərin ən böyük eskalasiyasıdır.
Gərginlik aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirin Pahalqam bölgəsində mülki şəxslərə hücum edildikdə başladı. Hindistan hadisəyə görə Pakistan kəşfiyyatını günahlandırıb.

Məryəm