

Ermənistanın Gümrü şəhərinin mərkəzində, meriyaya bitişik küçədə yüzlərlə hindistanlı tələbə Hindistanda son silahlı toqquşmalarda ölən gənclərin xatirəsinə sülh aksiyası keçirib.
Xalqcebhesi.az erməni mediasına istinadla xəbər verir ki, tədbir iştirakçıları sülh və həmrəylik rəmzi kimi ağ paltar geyiniblər.
Hindistanlı tələbələr əllərində “Hindistana sülh”, “Zorakılığa yox”, “Qəhrəmanlarımızı xatırla” və “Sülh naminə birlikdə” şüarları yazılmış plakatlar tutublar. Hindistanlı tələbələrin etirazı Gümrü əhalisi üçün gözlənilməz olub.
Qeyd edək ki, son illər Gümrüdə əcnəbi tələbələrin, xüsusən də Hindistandan olan gənclərin sayı artıb.