

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin də Türkiyəyə gələcəyi təqdirdə, mayın 15-nə planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına qatılmaq üçün İstanbula gedə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Foks Biznes” telekanalına müsahibəsində bildirib.
“Ümid edirik ki, Prezident Putin orada olacaq. Elə olsa, Prezident Tramp da gələcək. Bu, heyrətamiz görüş olardı”, - o deyib.