

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycan–Hindistan münasibətlərinin perspektivinə münasibət bildirib.
APA xəbər verir ki, Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə Yalçın Rəfiyev deyib ki, Hindistan olduqca vacib ölkədir.
“Hindistan həm iqtisadi, həm də siyasi mövqe nöqteyi-nəzərdən inkişaf etməkdə olan ölkədir. Azərbaycan həmişə Hindistanla münasibətlərinə dəyər verib. Bu münasibətlər BMT nizamnaməsində də əks olunub. Gərək hər iki dövlət eyni dərəcədə yanaşaraq münasibətlərini qursunlar”, - deyə nazir müavini vurğulayıb.