

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin dünən axşam saatlarında İstanbulda keçiriləcək danışıqlara hazırlığı müzakirə etmək üçün görüş keçirdiyini açıqlayıb.
Xalqcəbhəsi.az-ın “sondakika.com”a istinadən məlumatına görə, iclasda İstanbula səfər edən nümayəndə heyətinin üzvləri ilə yanaşı, Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya müdafiə naziri Andrey Belousov, Rusiya Təhlükəsizlik Şurasının baş katibi Sergey Şoyqu, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Rusiya Milli Qvardiyasının komandanı Viktor Zolotovun da iştirak etdiyi bildirilib.
İclasda həmçinin xüsusi təyinatlı hərbi əməliyyatlar zonasındakı bütün hərbi birləşmələrin komandirləri də iştirak edib.