
Migren tutmalarının artmasına səbəb yuxusuzluqdur
22 İyun 18:53
22 İyun 18:53
22 İyun 15:58
22 İyun 15:47
Sloveniyada ABŞ-ın birinci xanımı və ölkə prezidentinin xanımı Melaniya Trampın tunc heykəli oğurlanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşının doğulduğu Sevnitsa şəhərindəki abidə 2020-ci ildə ucaldılıb.
Amerikalı sənətkar Bred Dauninin yaratdığı heykəl bürüncdən hazırlanıb. Naməlum şəxslər heykəli topuq nahiyəsindən kəsərək, araba ilə aparıblar.
Oğurluq hadisəsi barədə mayın 13-də biliblər.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Heykəl müəllifi B.Dauni hesab edir ki, əsərin yoxa çıxması Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə bağlı ola bilər.