

Ermənistan öz ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı danışıqlar aparmır və müzakirə etmir.
APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, Rusiyanın 102-ci hərbi bazasının Gümrüdə olması mövzusu “gündəmdə deyil” və “hökumət strukturlarında rəsmi olaraq müzakirə olunmur”.