Dəməşqdə ilk ziyarət karvanı müqəddəs torpaqlara yola salınıb Dünya

Dəməşqdə ilk ziyarət karvanı müqəddəs torpaqlara yola salınıb

2024-cü il dekabrın 8-də Baas rejiminin devrilməsindən sonra Suriyanın bütün əyalətlərindən zəvvarlar 14 ildən sonra ilk dəfə Dəməşq üzərindən müqəddəs torpaqlara getməyin sevincini yaşayırlar.

Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, Vəqflər Naziri Məhəmməd Əbu Xeyri Şükri Dəməşqdən və xaricdən 2 iyunadək 22 min 500 suriyalı zəvvarın Türkiyə və Özbəkistandan təyyarələrlə müqəddəs torpaqlara çatacağını bildirib.

Bildirək ki, Baas rejimi süqut etməzdən əvvəl Suriyanın şimalında yaşayan vətəndaşlar müqəddəs torpaqlara Türkiyə üzərindən gedirdilər.

Suriya Aviasiya Nümayəndəliyinin Ümumi Əlaqələr mütəxəssisi Alaa Sallal Ciddəyə gedən birinci qrupda 247 zəvvar namizədin olduğunu bildirib. A.Sallal zəvvarların rahat getmələri üçün hər cür şərait yaratdıqlarını deyib.