İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25%-dən çox artıb İqtisadiyyat

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25%-dən çox artıb

2025-ci ilin yanvar-aprel ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,9 faiz azalaraq 632,7 min nəfər olub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9 faiz, Gürcüstana gedənlərin sayı 20,4 faiz artmış, Türkiyəyə gedənlərin sayı 6,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4 faiz azalmışdır. Azərbaycan vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 16,1 faizi Rusiya Federasiyasına, 11,1 faizi Gürcüstana, 11,0 faizi İrana, 25,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,9 faizini kişilər, 33,1 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,0 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.