ABŞ-nin sülh prosesinə qoşulması: proses nə vəd edir?
19 Noyabr 23:38
19 Noyabr 23:38
19 Noyabr 17:42
19 Noyabr 15:34
19 Noyabr 13:58
19 May 11:37
1 897
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sosial media hesabından etdiyi paylaşımda gənclərin və millətin 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramını təbrik edib.
Qazi Mustafa Kamal Atatürkün Samsuna gedərək alovlandırdığı istiqlal məşəlinin Anadolunun və Cümhuriyyətin quruluşuna gedən yolu işıqlandırdığını vurğulayan N.Kurtulmuş əlavə edib: “Həmin gün nümayiş etdirilən cəsarət və qətiyyət xalqımızın taleyini dəyişdirən tarixi addım idi. Bilirik ki, Cümhuriyyətimizin təməlini qoyan bu addım daşıdığı fövqəladə anlamlarla bu gün ən çox da gənclərimizin şüurunda, qəlbində və məqsədlərində təcəssüm tapır. Vətəninə və bu torpaqların dəyərlərinə sıx bağlı, keçmişdən aldıqları ilhamla ölkəmizin aydınlıq gələcəyinə inanan gəncliyimiz önümüzdəki yüz ilə Türkiyə möhürünü vuracaq ən qiymətli xəzinəmizdir. 19 Mayın ildönümündə Qazi Mustafa Kamal Atatürk başda olmaqla, bütün qurtuluş qəhrəmanlarımızı rəhmət və minnətdarlıq hissi ilə xatırlayır, qürurumuz gənclərimizə olan güvənimizi bir daha ifadə edirəm”.
19 Noyabr 23:35
1 036
19 Noyabr 23:33
1 211
19 Noyabr 18:38
1 120