İsrailin son 24 saatda Qəzzaya endirdiyi zərbələr nəticəsində 98 nəfər həlak olub Dünya

İsrailin son 24 saatda Qəzzaya endirdiyi zərbələr nəticəsində 98 nəfər həlak olub

İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 98 nəfər ölüb.

Bu məlumatı Qətərin “Əl-Cəzira” telekanalı Səhiyyə Nazirliyinə istinadən yayıb.

Telekanalın məlumatına görə, son 24 saat ərzində daha 300 nəfər xəsarət alıb.

Nazirliyin statistik məlumatına görə, İsrailin Zolaqda döyüşləri bərpa etdiyi martın 18-dən indiyədək 3427 nəfər həlak olub, 9647 nəfər yaralanıb.

Ümumilikdə Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana ölənlərin sayı 53 573 nəfərə çatıb, 121 688 nəfər isə yaralanıb.