Kristiano Ronaldo Portuqaliya millisinə çağırılıb İdman

Kristiano Ronaldo Portuqaliya millisinə çağırılıb

Kristiano Ronaldo Portuqaliya millisinin heyətinə cəlb olunub.

Apasport.az xəbər verir ki, baş məşqçi Roberto Martines 40 yaşlı futbolçuya UEFA Millətlər Liqasının yarımfinal mərhələsi üçün dəvət göndərib.

Karyerasını "Əl-Nəsr"də davam etdirən forvard yarımfinal qarşılaşmasında Almaniyaya qarşı forma geyinə bilər.

Qeyd edək ki, 2003-cü ildən Portuqaliya millisində forma geyinən Ronaldo indiyədək 219 matçda 136 qol vurub.