

20 May 15:58
Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı hazırlanıb.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərindən və ölkə qanunvericiliyində müəyyən edilmiş vəzifələrdən irəli gələrək “Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb.