Səudiyyə və Küveyt birgə yeni neft yatağı aşkarladı Dünya

Səudiyyə və Küveyt birgə yeni neft yatağı aşkarladı

Bu gün Səudiyyə Ərəbistanı və Küveyt Bölünmüş Zonada yeni neft yatağının aşkarlandığını elan ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi (SPA) bildirib.

Qeyd olunur ki, hər iki ölkənin hökumətləri tərəfindən həyata keçirilən birgə Vafra əməliyyatları çərçivəsində Vafra yatağından 5 kilometr şimalda yerləşən Şimali Vafra Vara-Burgan yatağında neft aşkar edilib.

“Bu, 2020-ci ilin ortalarında Səudiyyə Ərəbistanı və Küveyt arasındakı ortaq sərhəd bölgəsi olan Bölünmüş Zonada və ona bitişik dənizdə hasilat bərpa olunduqdan sonra ilk kəşfdir.

Bu kəşfi hər iki ölkənin etibarlı qlobal enerji təchizatçısı kimi reputasiyasına və onların kəşfiyyat və hasilat sektorundakı imkanlarına müsbət təsir göstərdiyi nəzərə alınmaqla çox mühüm hesab edilir”, - agentlik qeyd edib.