

Qarabağ və Sərgi Zəngəzurda yaşıl enerjiyə keçid üzrə aparılan işlər dünya ölkələrinə nümunə kimi göstərilə bilər.
"APA-Economics" xəbər verir ki, bunu bu gün Xankəndi şəhərində keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclası zamanı energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, azad olunmuş ərazilər yaşıl enerji zonası elan edilib və bu istiqamətdə aktiv işlər görülür.
Nazir müavini onu da qeyd edib ki, azad olunmuş ərazilərdə aparılan işlər buraları təkcə dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədi daşımır, həm də burada yaşıl enerjiyə keçidi də təmin edəcək.