

Rusiya -Ukrayna arasında gözlənilən danışıqların ikinci raundunun başlanması fonunda Rusiya Ukraynada yeni cəbhə açıb. Xüsusilə Xarkov və Sumı vilayətinə intensiv yay hücumlarını genişləndirib. Bu hücumlarda məqsəd danışıqlarda üstünlük əldə etmək və Qərbi fakt qarşısında qoymaqdır. D. Tramp Rusiya prezidenti haqqında sərt ifadələr işlətməsi sanksiyalarla hədələməsina baxmayaraq Rusiyanın müəyyən şərtləri ilə razılaşdığının mesajı verilir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, məhz Rusiyada hücumları intensivləşdirərək, ABŞ Ukraynaya təzyiq etməyini planlaşdırır. İstanbulda danışıqlar baş tutarsa, yenidən nəticəsiz olacaq. Çünki, Rusiya cəbhədə üstünlük əldə edərək, danışaqlar masasında güzəştsiz mövqe ortaya qoyacaq:
"Tramp Ukraynanı Rusiya ilə anlaşma əldə etmək üçün təzyiqlər etməsi istisna deyil. Danışıqların ikinci raundu baş tutarsa, nəticəsiz olacaq. ABŞ indiki siyasətini davam etdirməklə Rusiyaya təzyiq etməyəcək. Rusiya hücumları intensivləşdirərək Xarkovu işğal edə bilər. ABŞ prezidenti Tramp Rusiyaya konfontrasiyaya getmək istəmir. Putin bundan istifadə edərək, Ukraynada işğalı genişləndiri".
Cavid