Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib
Putin: Amerikanın təkliflərində Rusiyanın razılaşmadığı məqamlar var
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müsabiqə keçirilib -FOTO
Xalq artisti Rafiq Əzimov: Bizim evə Bağırovun bağından mer-meyvə gəlirdi -MÜSAHİBƏ
Türkiyə “Akkuyu” AES-in birinci blokunun işə salınmasına hazırlaşır
30 May 07:56
1 799
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, o, Kiyevə Rusiya ilə danışıqlardan imtina barədə bəyanatlar verməməyi tövsiyə edir.
ABC News kanalının efirində ondan Rusiya Kiyevə münaqişənin həlli ilə bağlı memorandum təqdim etmədiyi təqdirdə, Ukrayna tərəfinin Moskva ilə danışıqların yeni raundundan imtina etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirməsi xahiş olunub.
"Mən İstanbulda keçiriləcək növbəti danışıqlarda nümayəndə heyətinə rəhbərlik edəcək Ukraynanın müdafiə naziri Rustem Umerovla danışdım və o, hələ Rusiya memorandumunu görməyib. Amma mən həmişə xəbərdarlıq edirəm: "Belə sözlər demə, ciddi olduğunu nümayiş etdirməlisən", - Kelloq bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə iyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunu elan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bəyan edib ki, nümayəndə heyətinin rəhbəri Vladimir Medinski böhranın əsas səbəblərini aradan qaldırmağın bütün aspektləri üzrə Rusiyadan memorandumu Ukraynaya təhvil verəcək.
Cavid