29 Aprel 12:43
29 Aprel 12:35
Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
2 İyun 2025 11:01
2 268
Türkiyənin Hatay bölgəsinin Belen rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.
Xalqcəbhəsi.az “Demirören” Xəbər Agentliyinə istinadən bildirir ki, qəza gecə saat 04:00 radələrində Antakya-İskenderun avtomobil yolunda baş verib. Mustafa K-nin idarə etdiyi 80 ABE 159 dövlət nömrə nişanlı mikroavtobus idarəetməni itirərək yoldan çıxaraq aşıb.
Qəzada sürücü və 8-i suriyalı olmaqla 24 kənd təsərrüfatı işçisi yaralanıb. Bölgədəki insanların xəbər verməsi üzərinə əraziyə çox sayda sağlamlıq, yanğınsöndürən və polis qrupları göndərilib. Yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılan yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
29 Aprel 21:53
1 022
29 Aprel 21:30
1 099
29 Aprel 20:56
1 071
