Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
2 İyun 2025 19:31
3 164
İtaliyanın cənubunda yerləşən aktiv vulkanlardan biri olan Etna, bu səhər saatlarında cənub-şərq kraterində baş verən çökmə nəticəsində güclü və intensiv şəkildə kül və lava püskürtdü.
Xalqcebhesi.az xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya şöbəsi – Etna Müşahidə Mərkəzinin məlumatına görə, 2 900 metr yüksəklikdə yerləşən cənub-şərq kraterinin bir hissəsinin çökməsi nəticəsində vulkanik partlayış baş verib.
Partlayışla birlikdə kraterdən sıx şəkildə kül çıxmış və bol miqdarda lava axını müşahidə olunmuşdur. İlkin müşahidələrə əsasən, kül buludunun 5 kilometr yüksəkliyə qədər çatdığı qeyd olunub.
Kraterdən püskürən lavanın Etna dağının yamacında yerləşən Aslan Vadisinin sərhədinə qədər irəlilədiyi bildirilib. Vulkan ətrafında dünən gecədən etibarən davam edən seysmik titrəyişlərin bu partlayışla əlaqəli olduğu qeyd edilib.
Həmçinin, vulkanik partlayış səbəbilə bölgədən keçən təyyarələr üçün “qırmızı kod” (ən yüksək təhlükə) xəbərdarlığı verilib.
Siciliya adasında yerləşən Etna vulkanı, təxminən 3 300 metr hündürlüyü ilə Avropa qitəsinin ən hündür aktiv vulkanı hesab olunur. Etnada bu il fevral, aprel və may aylarında da güclü vulkanik fəallıqlar qeydə alınmışdı.
Məryəm Quliyeva
25 Sentyabr 17:59
665
25 Sentyabr 17:16
700
25 Sentyabr 14:37
777