Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul oluna bilər Dünya

Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul oluna bilər

Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul edilə bilər.

APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.

"Biz Avropa İttifaqında növbəti sanksiyalar paketi üzərində işi sürətləndirəcəyik. Deyə bilərəm ki, dünən Avropa Komissiyası 18-ci sanksiyalar paketi ilə bağlı təkliflər təqdim etdiyinə görə minnətdaram. Və hər şey plana uyğun getsə, gələn həftə qəbul olunacaq.", - Merz deyib.

Almaniya kansleri həmçinin bildirib ki, Rusiya Atlantik okeanının hər iki tərəfində təhlükəsizliyə təhdid yaradır.