

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi tezliklə öz missiyasını başa vuracaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildiriblər.
Qeyd edək ki, Treysi 2023-cü ildən ABŞ-ın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutur.