ABŞ və Livan İsrail qoşunlarının ölkə ərazisindən çıxarılması mexanizmini müzakirə ediblər
Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib
"Bloomberg": Türkiyə Rusiyanın S-400-lərindən imtina edərək ABŞ-nin F-35-lərini almaq istəyir
Peruda 500-dən çox yeni doğulmuş körpəyə Halandın adı verilib
Almaniya Kloppla razılığa gəldi: Bu halda rəsmi müqavilə imzalanacaq
12 İyun 2025 16:47
8 484
Keçən illə müqayisədə Şərqi Azərbaycan əyalətində yağıntının 20% və bənd ehtiyatlarının 50% azalması əyaləti ciddi su böhranı ilə üz-üzə qoyub.
Gunaz.tv
Bu barədə Şərqi Azərbaycanın Regional Su Şirkəti məlumat yayıb.
"Ardıcıl quraqlıqlar, yağıntıların azalması və su ehtiyatlarının əhəmiyyətli dərəcədə tükənməsi Şərqi Azərbaycanda su ehtiyatlarının gələcək durumu barədə narahatlıqları artırıb",- məlumatda bildirilib.
Bildirilib ki, statistikaya görə, əyalətdə orta illik yağıntı təxminən 311 mm-dir. Ancaq cari yağıntı ilinin səkkiz ayı ərzində orta yağıntı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20,5 faiz, yəni 48 mm azalıb.
Qeyd edək ki, ekoloqlar su qıtlığının yaranmasında əlaqədar dövlət qurumlarını günahlandırır, yağış və yeraltı suların idarə olunması üçün tədbirlər görmədiklərini bildirirlər.
Onların fikrincə, yağıntıların azalmasından daha çox mövcud su qaynaqlarından plansız şəkildə istifadə edilməsi quraqlığın artmasına səbəb olur.