Antalyada oteldə yanğın olub Dünya

Antalyada oteldə yanğın olub

Antalyanın Alanya bölgəsində axşam saatlarında otelin hamam hissəsində naməlum səbəbdən yanğın baş verib.

Xalqcəbhəsi.az “sozcu.com.tr”yə istinadən bildirir ki, otelə yanğınsöndürənlər və sağlamlıq qrupları sövq edilib. Tüstüdən zərər çəkənlər təcili tibbi yardım maşınında müayinə olunub, 2 nəfər isə xəstəxanaya çatdırılıb.

Yanğınsöndürənlər tərəfindən söndürülən yanğın nəticəsində otelə ziyan dəyib.

Otelin qonaqları isə ərazidəki digər otellərə yönləndirilib.