KİV: ABŞ rəsmiləri İranı vurmaqla bağlı qərar qəbul etməyib Dünya

KİV: ABŞ rəsmiləri İranı vurmaqla bağlı qərar qəbul etməyib

Ağ Evdə keçirilən qapalı müşavirə ABŞ-ın İrana zərbə endirməsi ilə bağlı qərar qəbul olunmadan başa çatıb.

Bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Vaşinqtonun Tehrana qarşı əməliyyatda hərbi iştirakı müşavirədə müzakirə olunan bir neçə variantdan biri olub.

Lakin ABŞ rəhbərliyi konkret addımlar barədə yekun qərara gələ bilməyib.

Bununla belə, qeyd olunur ki, bu cür müzakirənin özü belə gərginliyin səviyyəsini artırıb.

Çünki ABŞ-ın İran məsələsini hərbi yolla həll etmə ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyi aydın olub.