Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
18 İyun 2025 20:25
2 534
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bildirib ki, İsrailin İrana davam edən zərbələri şəraitində İran uran ehtiyatlarının yerini təsdiqləmək mümkün deyil.
"Report" “Bloomberg”ə istinadən xəbər verir ki, hərbi əməliyyatlar müfəttişləri ölkənin nüvə obyektlərinə girişdən məhrum edib.
Agentliyin məlumatına görə, 409 kiloqram yüksək zənginləşdirilmiş uran AEBA-nın plombu altında İsfahandakı yeraltı obyektdə saxlanılmalı idi. Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, onların yeri qeyri-müəyyən olaraq qalır. Çünki Tehran onu xəbərdar edib ki, İsrail hücumu olacağı təqdirdə ehtiyatlar köçürülə bilər.
"Müharibə zamanı bütün nüvə obyektləri bağlanır. Heç bir yoxlama və standart fəaliyyət həyata keçirilmir", - R.Qrossi vurğulayıb.
AEBA peyk görüntüləri vasitəsilə obyektləri izləməyə davam edir və hələlik uranın köçürülməsini qeydə almayıb. O bildirib ki, əgər bu baş versəydi, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərinin ciddi şəkildə pozulması olardı.
9 Noyabr 12:34
1 078
9 Noyabr 12:29
1 064
9 Noyabr 12:16
1 001