

Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Qeyd olunub ki, son 48 saatda Qəzzada 202 ölü, 1037 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da Qəzzada əldə edilmiş atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 5599 fələstinlinin həyatını itirdiyi, 19097 nəfərin isə yaralandığı bildirilib. Həmçinin 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 55 min 908 nəfərə, yaralı sayının isə 131 min 138 nəfərə yüksəldiyi vurğulanıb.
Açıqlamada eləcə də mayın 27-dən etibarən İsrail-ABŞ rəhbərliyindəki “Qəzzayə Humanitar Yardım Vəqfi”nin humanitar yardım adı altında qurduğu paylama bölgələrində fələstinliləri hədəf alan sistemli hücumlar nəticəsində ölənlərin sayının 450-yə yüksəldiyi, 3466 nəfərin isə yaralandığı qeyd olunub.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.