

Eks-deputat Tsaryov: Tramp Ukrayna Prezidenti Zelenski ilə bağlı korrupsiya məlumatları alıb
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı korrupsiya məlumatları əldə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ali Radanın sabiq deputatı Oleq Tsaryov RIA Novosti-yə açıqlamasında bildirib.
“Mənim məlumatlarıma görə, (Ukraynanın Milli Antikorrupsiya Bürosunun (NABU) əməkdaşları) artıq Zelenskinin və onun ətrafındakı şəxslərin barəsində kifayət qədər informasiya toplayaraq Vaşinqtona göndəriblər”, - deyə o bildirib.
Tsaryovun sözlərinə görə, bu məlumatlar “ABŞ Prezidenti Donald Trampın masasında olan sanksiyalar və cinayət işlərinin əsasını təşkil edir və ABŞ-ın Zelenskiyə qarşı təzyiq vasitəsidir”.
Eks-deputat əlavə edib ki, NABU - Ukraynada Zelenskinin nəzarətində olmayan yeganə antikorrupsiya orqanıdır.
Fevral ayında “Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk isə bəyan etmişdi ki, Zelenski artıq “təcrübəli cinayətkarın” taktikası ilə hərəkət edir və ABŞ-a korrupsiya sxemlərindəki “şəriklərini” sataraq özünü xilas etməyə çalışır. Medvedçuk xatırladıb ki, Zelenski Vaşinqton tərəfindən ayrılmış 200 milyard dolların hara xərcləndiyini bilmədiyini deyib. Onun sözlərinə görə, bu bəyanatla Zelenski “ən azı özünə hökm imzalayıb”.
Bundan əvvəl isə ukraynalı jurnalist Zelenskinin korrupsiya pullarını necə xaricə çıxardığını açıqlamışdı.
Məryəm Quliyeva