"ABŞ öz məqsədinə nail olub" Dünya

"ABŞ öz məqsədinə nail olub"

ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İslam Respublikasının nüvə obyektlərinə hücumu nəticəsində İranın böyük zərər gördüyünü açıqlayıb.

Bu barədə siyasətçi özünün Truth Social sosial şəbəkəsində yazıb.

"İrandakı nüvə obyektlərinə dəyən ziyanın böyük olduğu təxmin edilir. Zərbələr güclü və dəqiq olub”, - nəşr yazır (TASS-a istinadən). Əməliyyatda iştirak edən B-2 strateji bombardmançılarının Missuri ştatına geri döndüyü qeyd edilir.

Trampın sözlərinə görə, ABŞ zərbələrlə öz məqsədinə nail olub.

Yada salaq ki, bazar günü, iyunun 22-nə keçən gecə ABŞ Fordo nüvə kompleksinə, eləcə də Natanz və İsfahandakı obyektlərə zərbələr endirib. Tehranda hücumdan dərhal sonra İrana "ciddi ziyan dəymədiyini" bəyan etdilər, çünki "zənginləşdirilmiş uran ehtiyatları əvvəlcədən nüvə mərkəzlərindən çıxarılıb".

Cavid