

Gecə saatlarında Tehranın cənubunda, şimalında və şərqində hava hücumundan müdafiə sistemlərinin işə salındığı, pilotsuz uçuş aparatlarının (PUA) vurulduğu bildirilib.
Xalqcəbhəsi.az “TRT Haber”ə istinadən qeyd edir ki, vurulan PUA-ların sayı ilə bağlı hələ rəsmi açıqlama verilməsə də, irəliləyən saatlarda Tehranın şimalında hava hücumundan müdafiə sistemləri fəaliyyətini davam etdirib. Yenə eyni saatlarda Tehranın şərqindəki Kərəc, Şiraz və Yəzd şəhərlərində hava hücumundan müdafiə sistemlərinin işə salındığı, Kərəcdə partlayış səsinin eşidildiyi deyilib.
Saat 03:00 radələrində İrandan İsrailə raket atıldığı bildirilərkən, Fars Xəbər Agentliyi sözügedən raketin Yəmənə aid olduğunu iddia edib.
İsrailin İrana hücumları davam edərkən, İran rəsmiləri İsrailin gün ərzində 10-dan çox şəhərə hücum etdiyini açıqlayıb.