
Migren tutmalarının artmasına səbəb yuxusuzluqdur
22 İyun 18:53
22 İyun 18:53
22 İyun 15:58
22 İyun 15:47
Venesuela Prezidenti Nikolas Maduro Facebook sosial şəbəkəsində verdiyi açıqlamada ABŞ-nin İrana hücumunu dəyərləndirib.
Yaxın Şərqdəki gərginliyin sülh yolu ilə həllinə çağırış edən Maduro, "ABŞ-nin İran İslam Respublikasına qarşı bu çirkin hücumunu qətiyyətlə pisləyirəm. Biz bunu beynəlxalq hüququ, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozan və hətta ABŞ-nin öz qanunlarına məhəl qoymayan cinayət əməli kimi görürük" deyib.
O, Venesuelanın suverenlik və sülh içində bir dünya üçün səsini ucaltdığını bildirərək İran xalqı və hökuməti ilə həmrəy olduğunu qeyd edib.
Şiddət və bombalarla bir yerə varılmayacağına diqqət çəkən Maduro, "Bolivar Venesuela Respublikası olaraq bunu deyirik: Müharibəyə yox, sülhə və yaşama hə. Sülh, sülh, sülh... insanlıq bunu istəyir və biz Venesueladan səsimizi ucaldırıq. Sayğı, bərabərlik, müharibənin olmadığı bir dünyanın inşa edilməsini müdafiə edirik”.